Soçi olimpiadası homoseksualizmin qurbanına çevrilir

Soçi olimpiadası homoseksualizmin qurbanına çevrilir

10 Dekabr 2013 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
Yüksək rütbəli qonaqlar olimpiadaya getməkdən imtina edirlər

Avropa komissiyasının vitse-prezidenti Vivian Redinq Soçi Olimpiadasına getməkdən imtina edib. İnterfax-ın məlumatına görə, bu barədə məmur Twitter-dəki mikrobloqunda yazıb. O, qərarını Rusiyada azlıqların acınacaqlı vəziyyəti ilə əlaqələndirib. Vitse-prezident son addımı ilə Rusiya qanunvericiliyində cinsi azlıqların hüquqlarının məhdudlaşdırılmasına etirazını bildirib.

Qeyd edək ki, Redinq Avropa komissiyasında Lüksemburqu təmsil edir və ədliyyə, fundamental hüquqlar və vətəndaşlıq məsələləri ilə məşğuldur.

Xatırladaq ki, bundan əvvəl Almaniya prezidenti Yoahim Qauk da analoji səbəblə Soçi olimpiadasına getməkdən imtina etdiyini bildirmişdi. O, qərarını cari ilin yayında Rusiyada homoseksualizmin təbliğinə qadağa qoyan qanunla əlaqələndirmişdi.

Mediainfo.az