“Xəzər Lənkəran” qapıçısından imtina edir

“Xəzər Lənkəran” qapıçısından imtina edir

6 Dekabr 2013 18:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizlinin transferinə ehtiyac duyduğu ilk mövqeyə aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, qapı xəttidir.

Belə ki, braziliyalı Duqlas Leytenin AZAL ilə 1:1 hesabı ilə başa çatan oyunda çıxışı Dənizlinin ürəyincə olmayıb. Bu üzdən 33 yaşlı qapıçı ilə yolların qışda ayrılacağı dəqiqdir. Dənizli artıq bu haqda klub rəhbərliyinə transfer edilməsi haqqında hesabatını təqdim edib.
Qeyd edək ki, Duqlasın yeni klubunun adı da artıq məlumdur. Bu, Braziliyanın "Quarani" klubudur.