“Xəzər Lənkəran”  tarixində ən bahalı müqavilə

“Xəzər Lənkəran” tarixində ən bahalı müqavilə

5 Dekabr 2013 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Mustafa Dənizlini baş məşqçi postuna gətirməklə, "Xəzər Lənkəran" tarixində ən böyük müqavilələrindən birini bağlayıb. Bu, komandamızın uğurları üçün atılmış ən böyük addımlardan biridir". Lent az -ın məlumatına görə, bunu klubun vitse-prezidenti Tuyqun Nadirov yeni baş məşqçinin təqdimat mərasimində deyib.

O bildirib ki, Dənizlini tanıtmağa xüsusi ehtiyac yoxdur. Nadirovun fikrincə, Türkiyənin 3 ən böyük klubu ilə ölkə çempionu olmuş və Çempionlar Liqasında yarımfinaladək irəliləməyi bacarmış yeganə türkiyəli mütəxəssisin Azərbaycan futbolunda olması böyük hadisədir: "Artıq klub prezidenti ilə müqavilələr imzalanıb. "Xəzər Lənkəran" rəhbərliyi məqsədinə çatmaq üçün əlindən gələn vasitələrdən istifadə edir və edəcək. Belə bir mütəxəssisin cəlb olunması da bunun nəticəsidir. Biz dəvət etdiyimiz hər bir baş məşqçiyə şans vermişik. Əvvəlki baş məşqçimiz Con Toşak da 6 futbolçunu kənarlaşdırıb, 7-sini gətirmişdi. Dənizli də bu məsələlərdə sərbəstdir".
Qeyd edək ki, "Xəzər Lənkəran" Mustafa Dənizli ilə 1,5 illik müqavilə bağlayıb.