
Van Persi: “Venger dahidir!
O, bəxtsizlikdən şikayətləndi
"Arsenal"ın forvardı Robin van Persi
"BBC"-yə verdiyi müsahibəsində bəxtsizlikdən şikayətlənib: " Biz titula çox
yaxın olsaq da, zəif komandalara xallar "bağışlamaqla" xeyli gerilədik. Güclü
klublarla daha əzmkar futbol sərgiləyir, qələbələr çalırdıq. Əsas rəqiblərlə
oyunlara diqqət yetirsək, onlardan üstün olduğumuz aşkarlanar."
Arsen Vengeri futbol dahisi adlandıran
hollandiyalı hücumçu "topçular"ın heyətini də stabil hesab edir: " Bir neçə
məşqçi ilə işləmişəm. Venger həm çalışdırıcı, həm də insan kimi yüksəkdə
dayanır. Hamımız ona bənzəməyə çalışırıq. Gələn mövsüm bir neçə titul
qazanacağımıza əminəm".
Bəhram Mustafabəyli
O.M.
Digər xəbərlər