İki cüdoçumuz Avropa çempionu olub

İki cüdoçumuz Avropa çempionu olub

23 Sentyabr 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənc cüdoçular arasında Avropa çempionatına yekun vurulub. Yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 5 medalla qayıdıb.Komandamızın heyətində Davud Məmmədov (55 kq) və Rəşad Rufullayev (60 kq) Avropa çempionu olublar. Mehman Sadıqov (55 kq), Oruc Vəlizadə (60 kq) və Məhəmmədəli Mehdiyev (81 kq) isə bürünc medalla kifayətləniblər.Qeyd edək ki, yığmamız komanda hesabında Rusiya (3-3-0) və Gürcüstanın (2-2-1) ardından 3-cü yeri tutub.

O.M.