“Azerbaijan Land of fire” yazısına hörmətsizlik
Oxumeni.az Apasport.az saytına istinadən məlumatına görə, dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Atletiko" - "Zenit" matçı zamanı meydan sahiblərinin futbolçularından biri meydana üzərində "Azerbaijan Land of Fire" yazısı olmayan forma ilə çıxıb.
Belə ki, 79-cu dəqiqədə oyuna daxil olan Leo Baptistaonun forması digərlərindən fərqlənib. Meydançaya daxil olduqdan 1 dəqiqə sonra Madrid təmsilçisinin 3-cü qoluna imza atan braziliyalı hücumçunun hansı səbəbdən üzərində Azərbaycana məxsus rəsmi tərəfdaşının loqosu olmayan forma ilə çıxdığı bəlli deyil.
Qeyd edək ki, "Atletiko" - "Zenit" görüşü ispanların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Madrid təmsilçinin heyətində Baptistao ilə yanaşı Miranda və Arda Turan fərqlənib. Rusiya təmsilçisinin yeganə qoluna isə Halk imza atıb.
O.M.