Millimiz biabırçı hesabla uduzdu

Millimiz biabırçı hesabla uduzdu

9 Sentyabr 2013 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən 21 yaşadək futbolçulardan ibarət olan yığma komandamız Avropa çempionatının seçmə turu çərçivəsində növbəti sınağına çıxıb.

Səfərdə İsrailin qonağı olan Azərbaycan milli komandası 7:2 hesabı ilə məğlub olub. İlk görüşünü Makedoniya yığmasına qarşı keçirən və qolsuz bərabərliklə 1 xal əldə edən milli komanda bu dəfə meydandan biabırçı hesabla ayrılıb. Qapılarında 7 qol görən gənc futbolçularımız yalnız Erat Tuğrul və Abdulla Abatsiyevin qolları ilə təsəlli tapa biliblər. İki görüşdən sonra komandamız 1 xalla 4-cü sırada qərarlaşıb./qafqazinfo/

O.M.