Ronaldo zərbəsi ilə 11 yaşlı oğlanın qolunu sındırdı

Ronaldo zərbəsi ilə 11 yaşlı oğlanın qolunu sındırdı

25 İyul 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Real Madrid" klubunun forvardı Kriştiano Ronaldo topa vurduğu ağır zərbə ilə 11 yaşlı oğlanın qolunu sındırıb. Uşaq oyunu yarımçıq tərk etməli olub. Hadisə "Real"la "Bornmurt" arasında keçən yoldaşlıq oyununda baş verib. Cərimə zərbəsini həyata keçirən hücumçu birinci cərgədə əyləşən 11 yaşlı Çarli Silvervudun qolunu sındırıb. Oğlanın sözlərinə görə, o topun onun üzərinə gəldiyini görüb və tez əli ilə qarşısını kəsməyə çalışıb. Əks halda top onun sifətinə dəyə bilərdi. Lakin buna baxmayaraq oğlan oyuna sonuna kimi baxmaqda israr edib. 84-cü dəqiqəyə qədər oyuna baxıb, sonra xəstəxanaya aparılıb. Öz səhvini düzəltmək istəyən "Real" klubunun nümayəndələri oyundan sonra oğlana avtoqrafla bir yerdə idman köynəyi hədiyyə ediblər. Silvervuda həmçinin öz sevimli komandası olan "Bornmurt"dan top dahədiyyə edilib."Real"-"Bornmurt" qarşılaşması "Real"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

O.M.