“Barselona”nı növbəti 3 ildə argentinalı baş məşqçi Xerardo Martino idarə edəcək

“Barselona”nı növbəti 3 ildə argentinalı baş məşqçi Xerardo Martino idarə edəcək

23 İyul 2013 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Barselona" komandasının baş məşqçisi növbəti üç il müddətinə 50 yaşlı argentinalı Xerardo Martino olacaq. O, bu vəzifədə səhhətinə görə kataloniyalıları tərk etmiş Tito Vilanovanı əvəz edəcək. X.Martino hazırkı İspaniya çempionu ilə üç il müddətinə kontrakt imzalayıb. Onun məşqçilər korpusuna Elvio Paolorroso və Xorxe Pautasso daxil olacaq.

Qeyd edək ki, Xerardo Martinonun rəhbərliyi ilə "Nyuells Old Boyz" Argentina çempionu olub, Paraqvay yığması isə DÇ-2010-nun ¼ finalına və 2011-ci ildə Amerika kubokunun finalına qədər yüksəlib.

Xatırladaq ki, Argentina millisinin sabiq baş məşqçiləri Sezar Luis Menotti və Dieqo Maradona həmyerliləri haqda yüksək fikirdə olduqlarını gizlətmirlər. S.L.Menotti diplomat kimi təmkinli olduğu halda, D.Maradona tanımış futbolçuları daha çox tənqid etməklə məşhur olduğu halda hər iki mütəxəssis Xerardo Martinonu Argentina futbolunun ənənəsi adlandırıblar.

O.M.