“Bakı Avropa Oyunları 2015”in rəsmi saytı təqdim edildi

“Bakı Avropa Oyunları 2015”in rəsmi saytı təqdim edildi

13 İyul 2013 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda baş tutacaq oyunlara 700 gün qaldı.Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı hazırlıq işləri davam etdirilir.Oxumeni.Az xəbər verir ki, artıq Bakıda keçiriləcək I Avropa Oyunlarının Təşkilat Komitəsi bu mötəbər idman yarışının rəsmi xəbərlər mənbəyi olacaq rəsmi internet saytını hazırlayıb.Təşkilat komitəsi, həmçinin I Avropa Oyunlarının başlanmasına qalan 700 günə start verib.Bu ilk mühüm hadisə iyulun 12-də saat 22:00-dən 00:00-dək Bakıda "Alov qüllələri" kompleksinin divarlarında və paytaxtın mərkəzində qurulan böyük ekranlarda rəqəmsal panoramda nümayiş etdirilib.Qeyd edək ki, "Bakı Avropa Oyunları 2015" təşkilat komitəsi www.baku2015.com rəsmi internet səhifəsini təqdim edib.

O.M.