“Mən maşınla adam vurmamışam, bu, türklərin işidir”

“Mən maşınla adam vurmamışam, bu, türklərin işidir”

6 İyul 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ"nin yeni transferi Rail Məlikov maşınla adam vurması barədə Türkiyə mətbuatının yaydığı məlumata münasibət bildirib.

Oxumeni.az xəbər verir ki, Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib: "Belə bir məlumatı yayan şəxslər utanmalıdılar. Mən avtomobillə qəza törətməmişəm, heç kimi vurmamışam. Əgər belə bir hadisə baş versəydi, o dəqiqə xəbər çıxardı. Mənə elə gəlir ki, bunu "Denizlispor" rəhbərliyi qəsdən yayıb. Çünki onlar mənim gedişimə görə narazılıq edən azarkeşlər qarşısında necəsə bəraət qazanmalıdılar. Bunu də qəsdən edirlər ki, azarkeşlərin daha ciddi təzyiqi ilə üzləşməsinlər.Əslində, məsələ belə olub. Təxminən iki həftə öncə mən onlardan alacağım pulu istədim. Səbəb kimi də problemimin olduğunu bildirdim ki, başa düşsünlər. Amma onlar yenə də həmin məbləği vermək istəmədilər. Mən klubdan ayrılandan sonra isə klub rəsmiləri belə boş-boş xəbərlər yayıblar".

O.M.