Azərbaycanın daha bir futbolçusu maşınla adam vurdu

Azərbaycanın daha bir futbolçusu maşınla adam vurdu

6 İyul 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)
Türk mətbuatı yazır ki...

Türkiyə mətbuatı Rail Məlikovla bağlı maraqlı məlumat açıqlayıb. Fanat.az xəbər verir ki, qardaş ölkə mətbuatı futbolçunun avtomobillə qəza törətdiyini iddia edib.

Hadisə bu ay Bakıda baş verib. İstirahət üçün vətənə gələn futbolçu qəza törədib. Nəticədə, bir nəfər ağır yaralanıb. Yaralının yaxınları Məlikovdan 100 min avro istəyib.Çıxılmaz vəziyyətdə qalan Rail hətta "Dənizlispor" rəhbərliyindən də kömək istəyib. Lakin Türkiyə klubunun başbilənləri ona kömək edə bilməyəcəklərini deyiblər.

Yaralının yaxınlarına 100 min avro verən Rail həbs cəzasından canını qurtarıb. Bundan sonra "Qəbələ"nin transfer təklifini qəbul edərək, vətənə dönüb.Türkiyə mətbuatının yazdığına görə, Rail "Dənizlispor"dan transfer vərəqini klubun ona olan borcundan imtina edərək alıb.

O.M.