UEFA Konfrans Liqası: Ayaks" "Tun"a, "Brayton" isə "Universitatea"ya darmadağınla qalib gəlib
UEFA Konfrans Liqasının 4-cü turunun növbəti oyunları keçirilib. Bu turda 18 komanda üz-üzə gəlib.
Dördüncü turda Niderlandın "Ayaks" klubu İsveçrənin "Tun", İngiltərənin "Brayton"u isə Rumıniyanın "Universitatea" komandasını 4-0 hesabı ilə məğlub etdi.
Daha bir oyunda 4-0 hesablı nəticə qeydə alınıb. "Braqa" (Portuqaliya) öz meydanında KuPS-un (Finlandiya) qapısından dörd cavabsız top keçirirək 4:0 hesablı darmadağınla meydanı qalib tərk edib.
Türkiyənin "Trabzonspor" klubu da Bolqarıstanın "CSKA" klubunu 2-1 hesabı ilə məğlub edərək onları xalsız yola salıb.
Qazaxıstanın "Kayrat" komandası isə öz meydanında "Mjällby"nu (İsveç) minimal hesabla (1:0) üstələyib.
Turun gözlənilməz nəticələrindən biri isə Gürcüstanda qeydə alınıb. "İberiya" (Gürcüstan) gözlənilmədən İspaniyanın güclü komandalarından biri hesab edilən "Xetafe"yə 1:0 hesabı ilə qalib gəlməyi bacarıb.
Qalan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
"Kairat" (Qazaxıstan) - "Mjällby" (İsveç) - 1:0;
"Pafos" (Kipr) - "Midtyulland" (Danimarka) - 0:2;
Brann (Norveç) - Orhus (Danimarka) - 1:4;
"Harts" (Şotlandiya) - "Monako" (Fransa) - 2:3;
"Yablonets" (Çexiya) - "Luqano" (İsveçrə) - 2:0;
"Zalgiris" (Litva) - "Riqa" (Latviya) - 2:0;
"İberiya" (Gürcüstan) - "Xetafe" (İspaniya) - 1:0;
Eqnatiya (Albaniya) - Linkoln (Cəbəllütariq) - 2:1;
Braqa (Portuqaliya) - KuPS (Finlandiya) - 4:0;
Frayburq (Almaniya) - Tvente (Hollandiya) - 2:1;
Gent (Belçika) - Red Star Belqrad (Serbiya) - 1:1;
Borac (Bosniya və Herseqovina) - Atalanta (İtaliya) - 2:3;
Hajduk Split (Xorvatiya) - Sint-Trüden (Belçika) - 0:2;
Nordsjaelland (Danimarka) - Panatinaikos (Yunanıstan) - 3:2;
İnter Eskaldes (Andorra) - Kopenhagen (Danimarka) - 2:0.
Əziz MUSTAFA



.jpg)

















































.jpg)




































