Formula 1: Maks Ferstappen Las-Veqas Qran-Prisinin qalibi olub

Formula 1: Maks Ferstappen Las-Veqas Qran-Prisinin qalibi olub

12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 dünya çempionatının 21-ci mərhələsi olan Las-Veqas Qran-Prisinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen finiş xəttini birinci keçib.

“McLaren” komandasından britaniyalı Lando Norris yarışı ikinci pillədə başa vurub. Onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri isə üçüncü yeri tutub.

Qeyd edək ki, Formula 1 dünya çempionatının növbəti mərhələsi noyabrın 27-29-da Qətərdə keçiriləcək. Pilotlar Lusail avtodromunda mübarizə aparacaqlar.

Əziz Mustafa