UEFA Millətlər Liqası: Almaniya Niderlandı, isveçrə Şotlandiyanı darmadağın edib

UEFA Millətlər Liqası: Almaniya Niderlandı, isveçrə Şotlandiyanı darmadağın edib

11:50
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Millətlər Liqasının qrup mərhələsində on oyun keçirilib.

Altıncı turun mərkəzi qarşılaşması Almaniya ilə Hollandiya arasında olub. Berlindəki "Olimpiastadion"da keçirilən oyun ev sahibi komandanın 5-0 hesablı qələbəsi ilə başa çatıb. Almaniya komandasından Derri Şerhant (41-ci dəqiqə), Florian Virtz (60, 71), Niko Şlotterbek (65) və Qruda (77) qol vurublar.

Beləliklə, Almaniya II Qrupda 11 xalla birinci yeri tutub. Eyni xalla Hollandiya və Yunanıstan müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

İsveçrə isə öz meydanında Şotlandiyaya 4-0 hesabı ilə qalib gəlib.

Qollar: Ferqyuson, 22 - avtoqol (1:0); Boteli, 47 (2:0); Sançes, 51 (3:0); Amduni, 89 (4:0).

Azərbaycan millisinin mübarizə apardığı D Liqasının 2-ci qrupunda Litva Lixtenşteynlə üz-üzə gəlib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşlb. Yığmamız sözügedən oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub

Qalan oyunların nəticələri aşağıdakı kimi olub:

A Liqası, II Qrup

Yunanıstan - Serbiya - 1-0.

B Liqası, I Qrup

Şimali Makedoniya - Sloveniya - 0:3;

İsveçrə - Şotlandiya - 4:0.

C Liqası, III Qrup

Farer adaları - Moldova - 1:0;

Qazaxıstan - Slovakiya - 2:2.

C Liqası, IV Qrup

Estoniya - Bolqarıstan - 2:1;

İslandiya - Lüksemburq - 3:0.

D Liqası, I Qrup

Cəbəllütariq - Malta - 1:1.

D Liqası, II Qrup

Litva - Lixtenşteyn - 2:1.

Əziz MUSTAFA