UEFA Millətlər Liqasının növbəti oyunlarında İngiltərə İspaniyaya, Belçika İtaliyaya, Fransa Türkiyəyə qalib gəlib

UEFA Millətlər Liqasının növbəti oyunlarında İngiltərə İspaniyaya, Belçika İtaliyaya, Fransa Türkiyəyə qalib gəlib

11:05
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Millətlər Liqası çərçivəsində növbəti oyunlar keçirilib. Bu turda Madriddəki Civitas Metropolitano stadionunda İspaniya İngiltərəni qəbul edib. İspaniya öz azarkeşləri qarşısında büdrəyərək 2-3 hesabı ilə İngiltərəyə məğlub olub.
Oyunda hesabı 45-ci dəqiqədə Harri Keyn penaltidən açıb. İkinci hissənin 53-cü dəqiqəsində Esri Konsa vurduğu qolla yenidən meydan sahiblərini məyus edib : 0-2.

57-ci dəqiqədə isə qonaq komandanın oyunçusu Ben Uayt 3-cü topu meydan sahiblərinin qapısından keçirərək ispanları şoka salıb 0-3
63-cü dəqiqədə Elliot Anderson birbaşa qırmızı vərəqə aldıqdan sonra qonaqlar on nəfərlə qaldılar.
65-ci dəqiqədə Mikel Oyarzabal penaltidən qol vuraraq hesabı 1-3 etdi. 75-ci dəqiqədə Niko Uilyams İspaniyanın fərqini minimuma endirdi, lakin dünya çempionlarının bundan artığına gücü çatmayıb. Oyun bu hesabla da başa çatıb. İspaniyaq qrupda 15 xalla ikinci yeri tutdu. İngiltərə eyni xalla birinci yeri tutaraq top fərqinə görə İspaniyanı özündən geridə qoyub.

İspaniya - İngiltərə - 2:3 (0:1)
Harri Keyn, 45 - penaltidən (0:1). Ezri Konsa, 53 (0:2). Ben Uayt, 57 (0:3). Mikel Oyarzabal, 65 - penaltidən (1:3). Niko Uilyams, 75 (2:3).

Brüsseldəki Roi Baudouin-Koning Boudewijn stadionunda Belçika və İtaliya arasında UEFA Millətlər Liqasının qrup mərhələsi oyunu keçirildi.
Qonaqlar 11-ci dəqiqədə Françesko Espozitonun qolu ilə hesabda irəli çıxdılar. Qalan vaxtda bütün qollar belçikalılardan gəldi: Maksim De Kuyper, Natan Nqoy, Jeremi Doku və Dieqo Moreyra.

UEFA Millətlər Liqasının qrup mərhələsindən sonra Belçika A qrupunda 12 xalla ikinci yeri tutdu və pley-off mərhələsinə yüksəldi, İtaliya isə 10 xalla üçüncü yeri tutdu.

Belçika - İtaliya - 4:1 (3:1)
Françesko Esposito, 11 (0:1). Maksim De Kuyper, 15 (1:1). Natan Nqoy, 22 (2:1). Ceremi Doku, 26 (3:1). Dieqo Moreyra, 80 (4:1).

Bordodakı Stade Matmut-Atlantique stadionunda Fransa və Türkiyə bir-biri ilə qarşılaşdı. Zinəddin Zidanın komandası 2-1 hesabı ilə qalib gəldi.
49-cu dəqiqədə Emir Han Topçu öz qapısına qol vurdu. 80-ci dəqiqədə Elie Crupi fransızların üstünlüyünü möhkəmləndirdi. Əbdülkərim Bardakçı matçın sonlarında hesab arasındakı fərqi bir topa endirdisə də, fransızlar qələbəni əldən vermədilər.

Fransanın 13 xalı var və 1-ci qrupda birincidir. Türkiyənin 0 xalı var və qrupda sonuncudur.

Fransa - Türkiyə - 2:1 (0:0)
Emirxan Topçu, 49 - avtoqol (1:0). Eli Junior Krupi, 80 (2:0). Abdulkerim Bardakji, 90 (2:1).

Osijekdəki Opus Arenada Xorvatiya və Çexiya arasında UEFA Millətlər Liqasının 6-cı tur matçı keçirildi. Slaven Biliçin komandası 2-1 hesabı ilə qalib gəldi.
İvan Perişiç ikinci dəqiqədə hesabı açdı. Çexiyalı Adam Hložek 85-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bundan iki dəqiqə sonra Lovro Majerin 87-ci dəqiqədə vurduğu qolla Xorvatiyanın qələbəsini təmin etdi.

Xorvatiya 6 xal qazandı və 3-cü qrupda üçüncü yerdə qaldı. Çexiya bütün oyunlarını uduzdu və qrupun sonuncu sırasında qərarlaşdı.

C Liqasında Finlandiya San Marinonu 7:2, Albaniya Belarus yığmasını 2:0, Monteneqro isə Kipri 4:1 hesabı ilə məğlub edib. Latviya – Ermənistan görüşündə qalib müəyyənləşməyib – 0:0.

Əziz MUSTAFA