UEFA Millətlər Liqası: Almaniya Serbiyaya qalib gəlib, Niderland Yunanıstanı, İslandiya isə Bolqarıstanı darmadağın edib

UEFA Millətlər Liqası: Almaniya Serbiyaya qalib gəlib, Niderland Yunanıstanı, İslandiya isə Bolqarıstanı darmadağın edib

14 Noyabr 07:35
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun növbəti oyunları keçirilib.

Bu çərçivədə də Serbiya Belqraddakı Rajko Mitiç stadionunda Almaniyanı qəbul edib. Oyun qonaqların 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 3-cü dəqiqədə açılıb. Almaniyanın rəqib qapısına hücumlarından birində serbiyalı Srdjan Babiç topu öz qapısına göndərərək avtqol sahibi olub. Oyunun 14-cü dəqiqəsində Florian Virtz ikinci topu meydan sahiblərinin qapısından keçirib və hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissə də almanların oyun üstünlüyü şəraitində keçib. Bu da tezliklə öz nəticəsini verib. 50-ci dəqiqədə Brayan Qruda 3-cü topu serblərin qapısına vuraraq hesabı 3-0 edib.

56-cı dəqiqədə avtoqpl sahibi Babiç səhvini düzəldərək sərrast zərbə ilə hesab arasındakı fərqi azaldıb. Bundan sonra əsəbi şəraitdə keçən oyunun 77-ci dəqiqəsində serbiyalı yarımmüdafiəçi Vanya Draqoyeviç kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub. 89-cu dəqiqədə serb Andriya Jivkoviç də kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb və meydanı tərk etməyə məcbur olub. Oyun 3-1 hesabı ilə Almaniya yığmasının qələbəsi ilə başa çatıb.

Bu oyundan sonra heç bir xalı olmayan Serbiya komandası B qrupunun turnir cədvəlində sonuncu yerdədir, Almaniya isə səkkiz xalla üçüncü yerdədir.

Niderland yığması isə bu turda Amsterdamdakı Yohan Kroyff Arenasında Yunanıstanı qəbul edib və 7-0 hesablı darmadağınla qalib gəlib.

Oyunun 6-cı dəqiqəsində Krisensio Sammervil hesabı açıb. Teyani Reynders 12-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb, 18-ci dəqiqədə ikinci qolunu vurub, 33-cü dəqiqədə isə het-trik edib. Yurrien Timber 40-cı dəqiqədə hesabı 5-0 edib və 59-cu dəqiqədə dubl edərək daha bir qol vurub. Donyell Malen 62-ci dəqiqədə yeddinci topu rəqib qapısına göndərərək darmadağında son nöqtəni qoyub: 7-0.

Bu oyundan sonra Hollandiya B qrupunda 11 xalla liderlik edir, Yunanıstan isə səkkiz xalla ikinci yerdədir. 16 noyabrda Hollandiya Almaniya ilə, Yunanıstan isə Serbiya ilə qarşılaşacaq.

İslandiya isə gözlənilmədən rəqib meydanında Bolqarıstana 5-0 hesablı darmadağınla qalib gəlib.

Plovdivdəki Xristo Botev stadionunda baş tutan oyunda hesab 7-ci dəqiqədə açılıb. İslandiyalı Qudyonsen meydan sahiblərinin qapısına təyin edilən penaltini dəqiq yerinə yetirərərək komandasını hesabda irəli çıxarıb: 1-0

Qudyonsen 21-ci dəqiqdə daha bir qol vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissə bu hesabla İslandiyanın xeyrinə başa çatıb. İkinci hissədə də meydanda üstünlük İslandiya millisinin tərəfində olub. 52-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Tsenov səhvən topu öz qapısına göndərib: 0-3

Qudyonsen 68- və 79-cu dəqiqlərdə daha iki qol vuraraq komandasına darmadağınlı hesabla qələbə qazandırıb.

Bu turda Azərbaycan millisi UEFA Millətlər Liqasının D qrupunun 2-ci qrupunda səfərdə Lixtenşteynlə üz-üzə gəlib.

Vaduts şəhərindəki Reynpark stadionunda keçirilən oyunda Azərbaycan minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 26-cı dəqiqədə Mahir Əmrəli vuraraq komandasının 1-0 hesabı ilə qalib gəlməsini təmin edib. Bu oyundan sonra Azərbaycan 8 xalla qrupda birinci, Lixtenşteyn isə (1) sonuncu yerdədir.

Əziz MUSTAFA