UEFA Millətlər Liqası: İspaniya Çexiyaya, İngiltərə və Xorvatiyaya qalib gəlib, Fransa İtaliyaya uduzub
UEFA Millətlər Liqasının (A Liqası) qrup mərhələsinin beşinci tur matçında Çexiya və İspaniya üz-üzə gəldi.
Praqadakı EPET Arenada baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 39-cu dəqiqədə İspaniyanın oyunçusu Aleks Baena penaltidən dəqiq zərbə ilə hesabı açıb. 90+6-cı dəqiqədə müdafiəçi Mark Pubille ikinci topu meydan sahiblərinin qapısından keçirərək komandasının 2-0 hesabı ilə qələbəsini təmin edib.
UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun digər oyununda İngiltərə və Xorvatiya qarşılaşıb.
A Liqasının III qrupunda yer alan Londondakı Uembli stadionunda baş tutan oyun ev sahibi komandanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə yığmasının hücumçusu Morqan Rocers 24-cü dəqiqədə hesabı açıb. Xorvatiyanın yarımmüdafiəçisi Petar Suçiç 59-cu dəqiqədə hesabı bərabərləşdirib. 64-cü dəqiqədə hücumçu Harri Keyn penaltidən vurduğu qolla İngiltərəyə 2-1 hesabı ilə qələbə qazandırıb.
Qrup mərhələsinin beş oyunundan sonra İngiltərə 12 xalla qrup turnir cədvəlində ikinci yerdədir. Xorvatiya (3) isə üçüncü yerdədir.
İtaliya UEFA Millətlər Liqasının beşinci turunda Milanda San Siro stadionunda baş tutan oyunda Fransanı 3-1 hesabı ilə məğlub edib.
Oyunun 10-cu dəqiqəsində fransız Olise hesabı açıb. 26-cı dəqiqədə Francesco Esposito dəqiq zərbə ilə hesabı bərabərləşdirib. 63-cü dəqiqədə Davide Frattesi ikinci qolu vuraraq İtaliyanı hesabda irəli çıxarıb. Esposito 75-ci dəqiqədə dubl edərək İtaliyanın 3-1 hesabı ilə qələbəsini təmi edib.
İtaliya Liqa A-nın 1-ci qrupunda on xalla birincidir. Fransa eyni xalla ikinci yerdədir.
Son turda fransızlar evdə Türkiyəni qəbul edəcək. İtaliyalılar Belçika ilə səfərdə oynayacaqlar.
Türkiyə evdə Belçika ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyədən qolu oyunun 20-ci dəqiqəsində Arda Gülər, Belçika yığmasından isə 27-ci dəqiqədə De Bruyne və 30-cu dəqiqədə Şarl De Ketelare vurub
Qeyd edək ki, bu oyundan sonra Türkiyə millisi 0 xalla qrupun sonuncu, 4-cü pilləsində qərarlaşıb. Xallarını 9-a çatdıran Belçika isə 2-ci sıraya yüksəlib.
C Liqasında keçirilən görüşlərdə Ermənistan Kiprlə 1:1 hesablı heç-heçə edib. Monteneqro Latviyanı 2:1, Albaniya Finlandiyanı 2:0, Belarus isə San Marinonu 2:0 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
12 noyabr
A Liqası, 1-ci qrup
21:00. Türkiyə – Belçika 1:2
23:45. İtaliya – Fransa 3:1
A Liqası, 3-cü qrup
23:45. Çexiya – İspaniya 0:2
23:45. İngiltərə – Xorvatiya 2:1
C Liqası, 1-ci qrup
23:45. Albaniya – Finlandiya 2:0
23:45. San Marino – Belarus 0:2
C Liqası, 2-ci qrup
21:00. Ermənistan – Kipr 1:1
23:45. Monteneqro – Latviya 2:1
Əziz MUSTAFA



.jpg)

























































.jpg)
.jpg)
.jpg)






























