"Barselona" futbolçusu "Qızıl Oğlan" mükafatına layiq görülüb
Hər il ən istedadlı gənc futbolçuya verilən "Qızıl Oğlan" mükafatının qalibi məlum olub.
Oxuməni.az xəbər verir ki, Tuttosport qəzetinin məlumatına görə, "Barselona"nın müdafiəçisi Pau Kubarsi Avropa çempionatlarında oynayan 21 yaşa qədər 2026-cı ilin ən yaxşı oyunçusu seçilib. İspaniyalı oyunçu səsvermə yolu ilə digər namizədlər arasında ən yaxşısı seçilib.
Bu titul uğrunda Kubarsi Yann Diomande, Hendrik, Estevan və digər istedadlı oyunçularla rəqabət aparıb. Bu mövsüm Kubarsi "Barselona"nın heyətində 13 oyunda iştirak edib. Bu matçlar zamanı müdafiəçi iki məhsuldar ötürmə edib.
Eyni zamanda bu yay Kubarsi İspaniya millisi ilə Dünya Çempionu olub.
Əziz Mustafa
Digər xəbərlər
.jpg)


























































































