UEFA Konfrans Liqasının III turunun oyunları keçirilib
UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turunun oyunları keçirilib və maraqlı nəticələrlə yadda qalib. Bu turun ən böyük hesablı oyunu Danimarkada qeydə alınıb. Yerli "Midtyullann" komandası Niderlandın"Ayaks" komandasını qəbul edib və biabırçı 1:6 hesabı ilə məğlub olub.
Çoxsaylı azərbaycanlıların azarkeşi olduğu qardaş Türkiyənin "Beşiktaş" komandası öz meydanında Almaniyanın "Frayburq" komandasını qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb.
İspaniyanın "Xetafe" komandası isə öz meydanında 0-1 hesabı ilə İngiltərənin "Brayton" komandasına məğlub olub.
Qazaxıstanın "Kayrat" komandası səfərdə İtaliyanın "Atalanta" klubunun qonağı olub. Gərgin keçən oyunda "Kayrat" komandası güclü rəqibi ilə bərabər səviyyədə oynayıb. Oyun1-1 hesabı ilə başa çatıb.
İsveçrənin "Tun" komandası öz meydanında Şotlandiyanın "Harts" klubuna 3:1, "Monako" (Fransa) isə "Norşellann"a (Danimarka) 2:0 hesabı ilə qalib gəlib.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, III tur
21:45. "KuPS" (Finlandiya) - "Gent" (Belçika) 0:0
21:45. "Midtyullann" (Danimarka) - "Ayaks" (Niderland) 1:6
21:45. "Srvena Zvezda" (Serbiya) - "İnter Eskaldes" (Andorra) 2:1
21:45. "Linkoln" (Cəbəllütariq) - "Hayduk" (Xorvatiya) 1:0
21:45. "Trabzonspor" (Türkiyə) - "Frayburq" (Almaniya) 0:1
21:45. "Orhus" (Danimarka) - "Braqa" (Portuqaliya) 0:0
21:45. "Tun" (İsveçrə) - "Harts" (Şotlandiya) 3:1
21:45. "Myelbyu" (İsveç) - "Borats" (Bosniya və Herseqovina) 2:0
21:45. "Atalanta" (İtaliya) - "Kayrat" (Qazaxıstan) 1:1
00:00. "Monako" (Fransa) - "Norşellann" (Danimarka) 2:0
00:00. "Kopenhagen" (Danimarka) - "İberiya" (Gürcüstan) 2:1
00:00. "Panatinaikos" (Yunanıstan) - ÇSKA (Bolqarıstan) 2:1
00:00. "Luqano" (İsveçrə) - "Jalqiris" (Litva) 3:0
00:00. "Xetafe" (İspaniya) - "Brayton" (İngiltərə) 0:1
00:00. "Tvente" (Niderland) - "Pafos" (Kipr) 3:1
00:00. "Sent-Trüden" (Belçika) - "Brann" (Norveç) 1:1
00:00. "Universitatya" (Krayova, Rumıniya) - "Eqnatiya" (Albaniya) 2:0
00:00. "Riqa" (Latviya) - "Yablonets" (Çexiya) 1:1
Əziz MUSTAFA

























































































