Çempionlar Liqasında sensasiyalı nəticələr qeydə alınıb: "Komo" "Lans"ı 9-1 hesabı ilə darmadağın edib, "Liverpul" "Fənərbaxça"ya məğlub olub

Çempionlar Liqasında sensasiyalı nəticələr qeydə alınıb: "Komo" "Lans"ı 9-1 hesabı ilə darmadağın edib, "Liverpul" "Fənərbaxça"ya məğlub olub

10:14
Bəyəndim (1) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında növbəti turun oyunları keçirilib.

Bu turda ən böyük hesab "Lans"-"Komo" oyununda qeydə alınıb. "Komo" "Lans"a 9-1 hesabı ilə qalib gələrək Çempionlar liqasında bu günə kimi rast gəlinməmiş rekord nəticəyə imza atıb.

"Mançester Siti" Çempionlar Liqasının dördüncü oyun günündə RB Leypsiqlə görüşüb. Leypsiq stadionunda keçirilən oyun qonaqların xeyrinə 3-2 hesabı ilə başa çatdı.

Ev sahibi komandadan Riedle Baku (49-cu dəqiqə) və Antonio Nussa (61) qol vurdular. Qonaqlardan Enzo Fernandes (58) və Erling Haaland (78) fərqləniblər. RB Leypsiqin oyunçusu Kastello Lukebanın (37) avtoqol müəllifi olub.
Bu qələbə ilə ingilis komandası dörd oyundan sonra doqquz xala sahibdirlər və liqa turnir cədvəlində yeddinci yerdədirlər. Almaniya komandası üç xalla 30-cu yerdədir.

"Fənərbaxça" 2026/27 UEFA Çempionlar Liqasının dördüncü oyun günündə "Liverpul"la qarşılaşıb. İstanbullular evdə mersisayderləri 3-2 hesabı ilə məğlub etdilər. Oyunda hesabı 25-ci dəqiqədə istanbullu Nyunu açıb. 29-cu dəqiqədə qonaq komandanın oyunçusu Qrinvud hesabı bərabərləşdirib. 69-cu dəqiqdədə qonaq komandanın hücumçusu İsaak ikinci topu vuraraq komandasını hesaba irəli çıxarıb: 1-2.

Fənərli Braun 73-cü dəqiqədə hesabı bərabərləşdirib :2-2.

Vedat Muruiki 79-cu dəqiqədə vurduğu qolla komandasını hesabda irəli çıxarıb: 3-2.

Oyun bu hesablada "Fənərbaxça"nın qələbəsi ilə başa çatıb.

"Liverpul" cari mövsümdə ilk məğlubiyyətini hazırda "Fənərbaxça"nın baş məşqçisi vəzifəsini icra edən keçmiş hücumçu Dirk Kuyt aldı. Mersisayderlər turnir cədvəlində doqquz xalla beşinci yerdədir. Kuytun komandası beş xalla 19-cu yerdədir.

Noyabrın 4-də Afinada AEK Afina və Real Madrid arasında 2026/2027 Çempionlar Liqasının 4-cü tur matçı başa çatdı. Qonaqlar 3-2 hesabı ilə qalib gəldilər.
Real Madrid dörd oyundan 12 xalla turnir cədvəlində ikinci yerdədir. Afina komandası üç xalla 30-cu yerdədir. 5-ci oyun günündə AEK səfərdə Komo ilə qarşılaşacaq. Real Madrid PSV Eindhoven-i qəbul edəcək.


Viking Çempionlar Liqasının 4-cü turunda Sabahı məğlub etdi
Viking Çempionlar Liqasının 4-cü turunda Sabahı məğlub etdi. Oyun 4-1 hesabı ilə başa çatdı..
Beşinci turda Sabah evdə Barselona ilə, Viking isə səfərdə Atletiko Madridlə qarşılaşacaq. Oyunlar 25 noyabrda keçiriləcək.

Porto, Napoli ilə dördüncü tur Çempionlar Liqası matçında inamlı qələbə qazandı. Oyun Estadio do Dragão-da keçirildi və 4-1 hesabı ilə başa çatdı.

Ev sahibi komandanın qollarını Yan Bednarek, Qabriel Veyqa, Yakub Kivier və Samuel Agexova vurdular. Qonaqlar buna Skott MakTominayın qolu ilə cavab verdilər.
Porto cari mövsümdə ilk qələbəsini qazandı. Portuqaliya klubu hazırda turnir cədvəlində 26-cı, Napoli isə 27-ci yerdədir. Beşinci turda İtaliya komandası Mançester Siti ilə, Porto isə Feyenoord ilə qarşılaşacaq. Oyunlar 24 noyabrda keçiriləcək.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

4 noyabr

21.45. AEK (Yunanıstan) - "Real" (İspaniya) - 2:3

Qollar: Koyta, 12, Pilios, 75 - Bellinqem, 32, Mbappe, 78, Valverde, 90+2

21.45. "Fənərbaxça" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 3:2

Qollar: Qrinvud, 29, Broun, 73, Muriqi, 79 - Nyani, 25, İsak, 69

5 noyabr

00.00. "Borussiya" (Dortmund, Almaniya) - "Betis" (İspaniya) - 2:1

Qollar: Silva, 49, Karetsas, 72 - Ruybal, 67

00.00. "Portu" (Portuqaliya) - "Napoli" (İtaliya) - 4:1

Qollar: Bednarek, 11, Veyqa, 71, Kivior, 80, Samu, 90-pen. - Makktomini, 43

00.00. PSV (Niderland) - "Brügge" (Belçika) - 1:2

Qollar: Sano, 54 - Tresoldi, 25, Forbs, 65

00.00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3

Qollar: Baku, 49, Nusa, 61 - Lukeba, 37-avtoqol, Fernandez, 58, Haaland, 78

00.00. "Lans" (Fransa) - "Komo" (İtaliya) - 1:9

Qollar: Aaquilar, 65 - Douvikas, 7, 32, 57, Niko Paz, 40, Kempf, 53, Liberali, 62, Baturina, 62, Papaççoli, 90+1

00.00. "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) - 1:2

Qollar: Novak, 90 - Madueke, 9, Qtökereş, 38

00.00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) - 4:1

Qollar: Orfi Mbina, 11 (0:1), Erik Botheym, 27 (1:1), Zlatko Tripiç, 69 (2:1), Henrik Falkener, 81 (3:1), Erik Botheym, 90+4 (4:1)

3 noyabr

"Şaxtyor" (Ukrayna) - "Sportinq" (Portuqaliya) - 0:1

"Qalatasaray" (Türkiyə) - "Ştutqart" (Almaniya) - 2:0

4 noyabr

"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:2

"Barselona" (İspaniya) - "Aston Villa" (İngiltərə) - 3:0

"Feyenoord" (Niderland) - "İnter" (İtaliya) - 0:3

"Bodo-Qlimt" (Norveç) - "Lill" (Fransa) - 0:0

LASK (Avstriya) - "Slovan" (Slovakiya) - 4:0

"Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) - 3:2

"Vilyarreal" (İspaniya) - PSJ (Fransa) - 0:6

Əziz MUSTAFA