Avropa Atletika Çempionu toyundan həftələr sonra vəfat etdi

Avropa Atletika Çempionu toyundan həftələr sonra vəfat etdi

12:09
Bəyəndim (1) Bəyənmədim (0)

İrlandiyalı atletika idmançısı Ciara Magin 34 yaşında vəfat edib.

Oxuməni.az xəbər verir ki, Maginin rəsmi İnstaqram səhifəsində ailəsi onun 1 noyabr 2026-cı il tarixində, saat 6:30-da xəstəlik səbəbindən vəfat etdiyini açıqlayıb.

Ötən ilin iyul ayında Magin ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

"Sevimli qızı, bacısı, həyat yoldaşı, dostu və çoxları üçün ilham mənbəyi olan o, dərin hüznlə darıxacaq", - deyə paylaşımda bildirilir

Karyerası ərzində Ciara 2024-cü il Avropa Atletika Çempionatında 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, həmçinin 2022-ci il Avropa Çempionatında gümüş, 2016-cı ildə isə bürünc medal qazanıb.

2023-cü il Dünya Çempionatında o, bu yarışda dördüncü yeri tutub.

Magin 2016-cı il Rio-de-Janeyro və 2020-ci il Tokio Olimpiadalarında iştirak edib. Axilles vətərindən zədə aldığı üçün həmin il Parisdə yarışa bilməyib. Şimali İrlandiya ilə birlikdə 2022-ci ildə Birminhemdə keçirilən Birlik Oyunlarında gümüş medal qazanıb.

The Guardian qəzetinin məlumatına görə, Magin 2026-cı ilin oktyabrında partnyoru Tomas Moranla evləndikdən bir neçə həftə sonra vəfat edib.

Əziz Mustafa