İspaniya millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının qalibi oldu

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının qalibi oldu

31 Oktyabr 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi müəyyənləşib.

Oxuməni.az-ın xəbər verir ki,, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb.

Baku Crystal Hall-da keçirilən görüşü Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Oyun 3:0 hesabı ilə İspaniya millisinin qələbəsilə başa çatıb.

Qeyd edək ki, həmin gün digər beş divizion - B, C, D, E və F-in qalibləri də müəyyənləşib. F Divizionunda birinci yeri Yeni Zelandiya, E Divizionunda Mərkəzi Afrika Respublikası, D Divizionunda Tacikistan, C Divizionunda Belarus, B Divizionunda isə Zambiya tutub.

Xatırladaq ki, U-15 komandaları arasında keçirilən Dünya Kuboku və futbol festivalında 189 ölkənin təmsilçiləri iştirak edib. Oktyabrın 24-dən 30-dək davam edən turnirdə təxminən 1000-ə yaxın oyun keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev FIFA U-15 Dünya Kuboku və Festivalının final oyununu izləyib və qaliblərin mükafatlandırma mərasimində iştirak edib.

Almaz Həsənli