Ronaldu het-trik etdi və karyerasında 985-ci qolunu vurdu
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu üç qol vuraraq Səudiyyə Ərəbistanı çempionatında"Əl-Nəsr"ə "Əl-Xulud" üzərində qələbə qazandırıb.
Oxuməni. az xəbər verir ki, Portuqaliyalı hücumçu bütün üç qolu ikinci hissədə, 15 dəqiqə ərzində vurub. İndi onun karyerasında 985 qolu var, minə çatmasına isə 15 qol qalıb.
Məhsuldar keçən görüş 5:3 hesabı ilə başa çatıb.
Matçda ilk qolu "Əl-Xulud" vurub: 16-cı dəqiqədə Julian Dominqes hesabı açıb. "Əl-Nəsr" Qabriel Anjelo və Sadio Manenin qolları ilə cavab verib, lakin fasilədən əvvəl Loik Essomba hesabı 2:2 bərabərləşdirib.
İkinci hissədə görüşün taleyini Ronaldu həll edib. 66-cı dəqiqədə o, komandasını önə keçirib, 72-ci dəqiqədə üstünlüyü artırıb və 81-ci dəqiqədə het-trikini tamamlayıb. Portuqaliyalı görüşü dörd qolla başa vura bilərdi, lakin ilk hissədə vurduğu qol ofsayd səbəbindən ləğv edilib.
Əlavə vaxtda Dominqes penaltini dəqiq yerinə yetirərək "Əl-Nəsr"in 5:3 hesablı qələbəsi ilə yekun hesabı müəyyənləşdirib.
Bu mövsümdə Ronaldu on oyunda yeddi qol vurub. Bombardirlər siyahısında o, "Əl-Qadisiyyə"dən olan Mateo Reteqi ilə üçüncü yeri bölüşür. Onlardan irəlidə səkkiz qolla "Əl-Qadisiyyə"ni təmsil edən Ticani Reynders və 12 qolla "Əl-Əhli"nin hücumçusu Ayvan Touni yer alırlar.
Mövcud çempion "Əl-Nəsr" top fərqinə görə "Əl-Qadisiyyə"dən geri qalır. Rəqib "Əl-Riyad"ı 6:0 hesabı ilə darmadağın edib - bu görüşdə Reynders het-trik edib.
Almaz Həsənli
























.jpg)




































.jpg)


















.jpg)
.jpg)
.jpg)











