Kristiano Ronaldo "Qızıl Top" sahibləri arasında tarixin ən yaxşısı seçildi
Portuqaliyalı futbolçu Kristiano Ronaldo bütün zamanların ən yaxşı "Qızıl Top" sahibi seçilib. Oxuməni. az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Daha əvvəl ilin ən yaxşı futbolçusu mükafatının təşkilatçıları tarixin ən yaxşı mükafat sahibini seçmək üçün səsvermə keçiriblər. Nominantlar arasında "Qızıl Top"u ən azı iki dəfə qazanan futbolçular yer alıb.
Nəticədə Ronaldo 2008-ci ildə "Mançester Yunayted"də oynayarkən qazandığı mükafatla birinci yeri tutub. İkinci yerdə Lionel Messi (2012-ci il), üçüncü yerdə isə yenidən Ronaldo (2017-ci il) qərarlaşıb.
Messi "Qızıl Top"un səkkizqat, Ronaldo isə beşqat sahibidir. Hər ikisi bütün zamanların reytinqində birinci ilə 14-cü yerlər arasında yer alıb. Onlara braziliyalı Ronaldo (2002) da qoşulub.
Messidən və Ronaldodan başqa, Hollandiyalı Yohan Kroyf, Marko van Basten, fransız Mişel Platini (hər biri "Qızıl Top"u üç dəfə qazanıb), braziliyalı Ronaldo, almanlar Frants Bekkenbauer, Karl-Haynts Rummenigge, ispan Alfredo Di Stefano, ingilis Kevin Kiqan (hər biri iki dəfə) da nominasiya olunublar.
Almaz Həsənli











.jpg)



















.jpg)
.jpg)
.jpg)



























.jpg)






.jpg)






















