Azərbaycan Astanada daha bir qızıl medal qazandı, bu dəfə Sanan Süleymaov dünya çempionu sevincini yaşadı
Azərbaycan yunan-roma güləşi üzrə Astanada keçirilən dünya çempionatında ikinci qızıl medalını qazanıb.
Güləşçimiz Sənan Süleymanov (77 kq) karyerasında ilk dəfə dünya çempionu titulunu qazanaraq güləş tariximizdə növbəti uğura imza atıb. Finalda Sanan Süleymanovun rəqibi gənc, amma olduqca perspektivli, cəsarətli güləşməsi ilə diqqəti cəlb edən moldovalı Aleksandrin Quta olub. Həmyerlimiz görüşdə inamla mübarizə apararaq Qutaya 8-3 hesabı ilə qalib gəlib.
Bundan əvvəl Süleymanov iki dəfə dünya çempionatının finalına çıxsa da, hər iki dəfə məğlub olaraq gümüş medalla kifayətlənməli olmuşdu.
Beləliklə, Sənan Süleymanov Dünya Çempionatında qazandığı iki gümüş medala Dünya Çempionatının qızıl medalını, eləcə də Avrodan qızıl və iki bürünc medalını əlavə etdi.
Əziz MUSTAFA


.jpg)


















































































