Futbol üzrə Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Futbol üzrə Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

24 Oktyabr 21:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb.U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb.

Görüş Famil Xəlilovun yetirmələrinin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb. Millimizin heyətində Müşfiq Zamanov (2), Həsən Məhmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.

Yığmamız növbəti görüşünü oktyabrın 25-də Andorra komandasına qarşı keçirəcək.

Qeyd edək ki, turnirin ilk oyunlarına oktyabrın 24-də start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

Oxuməni.az