Bakıda FIFA U-15 dünya çempionatı və Festivalı başlayır
Bu gün Bakıda FIFA U-15 Dünya Kuboku və Festivalı başlayır.
Oxuməni.az xəbər verir ki, ilk oyun günündə 92 görüş keçiriləcək.
Azərbaycan milli komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste ilə qarşılaşacaq. Turnirin rəsmi açılış mərasimi oyundan əvvəl eyni arenada keçiriləcək.
Yarışda 189 ölkədən FIFA üzv assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Çempionat ərzində təxminən 1000 oyun keçiriləcək.
30 oktyabrda başa çatacaq U-15 Dünya Kuboku Hövsan İdman Kompleksində keçiriləcək. Açılış və final oyunları Bakı Kristal Zalında keçiriləcək.
Hövsan İdman Kompleksində yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verən 10 futbol meydançası var. Bundan əlavə, turnirin təşkili üçün bütün lazımi infrastruktur yaradılıb.
Xatırladaq ki, 25 oktyabrda Azərbaycan milli komandası saat 12:45-də Andorra və saat 19:30-da Avstraliya ilə qarşılaşacaq. Hər iki oyun Hövsan İdman Kompleksinin 10A meydançasında keçiriləcək.
26 oktyabrda milli komanda saat 11:30-da İsrail və saat 18:15-də Haiti ilə qarşılaşacaq. Bu oyunlar da 10A meydançasında keçiriləcək.
Oxuməni.az



































































.jpg)












.jpg)









