Çempionlar liqasında "Real Madrid", "Komo" və "Qalatasaray" böyük hesabla qalib gəliblər, "Bavariya" "Arsenal" ilə heç-heçə edib
Futbol üzrə Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turunda daha doqquz qarşılaşma baş tutub. Axşamın mərkəzi qarşıdurmasında "Bavariya" "Arsenal"la heç-heçə oynayıb - 2:2. Bunda alman klubunun ingilis hücumçusu Harri Keyn fərqlənib, o, assist edib, penalti qazanıb və onu qola çevirib.
Bir gün əvvəl PSJ və “Barselona” üz-üzə gəldikdən sonra, üçüncü turda cari Çempionlar Liqasında çempionluğa əsas iddiaçılardan daha iki superklub – “Bavariya” və “Arsenal” üz-üzə gəlib. Üstəlik, turnirə iki təmiz qələbə ilə başlayan londonlularla müqayisədə münhenlilər artıq "Vikinq"lə heç-heçə oynayaraq gözlənilməz səhv buraxmağı bacarmışdı. Üstəlik, Norveç komandası ilə görüşdə münhenlilər nəinki iki xalı, həm də sahib olduqları ən bahalı şeyi - Transfermarkt-a görə hazırda 180 milyon avro dəyərində olan Mixael Oliseni itirdilər. Stavangerdəki ulduz fransalı futbolçu meydandan qovulub və bu, “Arsenal”la növbəti oyun üçün avtomatik diskvalifikasiyaya səbəb olub.
Bununla belə, “Bavariya”nın problemləri bitmədi. Hücum edən yarımmüdafiəçi Camal Musiala zədələnib. Şəxsi səbəblərə görə başqa bir çox vacib futbolçu Yoşua Kimmix yaxın qohumu vəfat etdiyinə görə oyunu buraxmalı olmuşdu.
Bu arada, matçın açılışında "Arsenal" ciddi itki ilə üzləşdi - artıq onuncu dəqiqədə zədəli Bukayo Saka zədələnərk meydanı tərk elədi.və onu Ebereçi Eze əvəz etməli oldu.
25-ci dəqiqədə Martin Odegaard uzun ötürmə ilə və Ezeni əlverişli vəziyyətə çıxardı və sonuncu sərrast zərbə ilə hesabı açdi: 1-0
Münhenlilər buraxılan qola tez cavab verdi. 35-ci dəqiqədə onların əsas bombardiri Harri Keyn Alfonso Daviesə mükəmməl ötürmə verdi və sonuncu əla zərbə ilə hesaba tarazlıq gətirdi: 1-1.
İkinci hissədə tərəflrin qarşılıqlı hücumları ilə başladı. 61-ci dəqiqədə Jurrien Timber əli ilə oynadığına görə londonluların qapısına hakim 11 metrlik zərbə təyin elədi. Topa yaxınlaşan Keyn güclü zərbə ilə qapı torunu silkələyərək komandasını hesabda irəli çıxardı:2-1
Bundan sonra sonra münhenlilər bu nəticəni qoruyub saxlamağa çalışsalar da, 82-ci dəqiqədə Deklan Rays əlverişli vəziyyətdən dəqiq zərbə ilə hesabı bərabərləşdirdi: 2-2
Oyun bu hesabla da başa çatdı. Bu oyundan sonra turnir cədvəlində “Arsenal” 7 xalla 7-ci, “Bavariya” isə 5 xalla 14-cü yerdədir.
“Sportinq” və “Barselona”ya ümumi hesablı 2:7 hesablı məğlubiyyətdən sonra "Qalatasaray" səfərdə xalları olmayan “Lill”lə qarşılaşıb və hesabda geri düşmələrinə baxmayaraq 4-2 hesabı ilə qaliblər. İstanbul klubunndan qolları 2-ci dəqiqədə Yunus Ağgün, 44-cü dəqiqədə Aleksey Batrakov, 61-ci dəqiqədə Viktor Osimxen keçirib.52-ci dəqiqdə Bentalep topu öz qapısına göndərib. "Lill"dən isə topları 7-ci və 39-cu dəqiqədə Soriba Duayn vurub.
"Real Madrid" Madriddə "RB Leypsiq"ə darmadağınla 4-1 hesabı ilə qalib gəldi. Oyunun 44-cü dəqiqəsində madridlilərin oyunçusu Bernardu Silva hesabı açdı: 1-0.
İkinci hissənin 52-ci dəqiqəsində türkiyəli ulduz futbolçu Arda Gülər sərrast zərbə ilə topu qonaq komandasının qapısına göndərərək hesab arasındakı fərqi iki topa çatdırdı. Oyunun 83-cü dəqiqəsində Mbappe 3-cu topu leypsiqlilərin qapısından keçirdi. Bundan iki dəqiqə sonra qonaq komandanın oyunçusu Tudyam Qomes vurduğu qolla hesab arasındakı fərqi iki topa endirdi: 1-3.
87-ci dəqiqədə isə Dyumande 4-cq topu leypsiqlilərin qapısından keçirərək oyunda son nöqtəni qoydu: 4-1
İtaliyanın "Komo" klubu evdə İngiltərənin adlı-sanlı "Manşester Yunayted" komandasını 4-1 hesabı ilə darmadağın etdi. Qırmızı şeytanların qapısından topları 2-ci və 57-ci dəqiqələrdə Niko Pas, 49-cu dəqiqədə Anastasios Duvikas, 76-cı dəqiqədə isə Xakobo Roman keçirdi. "Mançester Yunayted"in yeganə qolunu isı 91-ci dəqiqədə Coşua Zirkseye vurdu.
Digər bir İspaniya klubu "Betis" də evdə "Feyenoord"a qarşı 1-0 hesabı ilə qalib gələrək üçüncü qələbəsini qazandı. "Aston Villa" evdə "Viking"i 3-1 hesabı ilə məğlub edib. "Sporting" evdə LASK-a gözlənilməz məğlubiyyətlə üzləşdi, 2-3.
"İnter Milan" da bu Çempionlar Liqasında ilk qələbəsini qazandı, onlar əvvəllər "Real Madrid" və "Klub Brügge"yə məğlub olmuşdu. Onlar evdə "Şaxtyor"u 1-0 hesabı ilə məğlub etdilər.
Bu arada, "Klub Brügge" evdə "Lans"ı 3-0 hesabı ilə məğlub edərək 11-ci yerə yüksəldi.
Əziz MUSTAFA




















.jpg)








































































