Herrera: Bir dəfə məşqdə qərara gəldim ki, Messinin topu neçə dəfə itirəcəyini hesablayım — 0 dəfə!

Herrera: Bir dəfə məşqdə qərara gəldim ki, Messinin topu neçə dəfə itirəcəyini hesablayım — 0 dəfə!

14:17
Bəyəndim (1) Bəyənmədim (0)

"PSJ"-nin keçmiş yarımmüdafiəçisi Ander Herrera Paris klubunun sabiq hücumçusu Lionel Messi ilə birlikdə oynamaq təəssüratları ilə bölüşüb. Oxuməni.az xəbər verir ki, o, bu barədə "Rio Ferdinand Presents" YouTube kanalındakı videoda danışıb.

"Mənim üçün Messi bir daha əsla görməyəcəyimiz futbolçudur. Və məsələ təkcə matçlarda deyil, hər bir məşqdədir. Yadımdadır, mən onun məşq zamanı topu neçə dəfə itirəcəyini hesablayırdım — 0 dəfə!

Kvadratda, rondoda oynadığımız məşq tapşırığında o, heç vaxt topu itirmirdi. Bu o deməkdir ki, o, hərfi mənada heç vaxt topa nəzarəti əldən vermirdi. Bu, dəlilik idi. Belə şey hər gün, hər məşqdə baş verirdi.

Messinin bu gün də belə səviyyə nümayiş etdirməyə davam etməsinin səbəblərindən biri də budur. Biz bunu dünya çempionatında gördük. Leo 75 dəqiqə oyunun demək olar ki, içində olmaya bilərdi, amma birdən düşünürdü: "Mən bu matçın taleyini həll edəcəyəm". Və fərq yaratmağa başlayırdı. Bütün bunları 39 yaşında! Bu, inanılmazdır", — deyə Herrera bildirib.

Almaz Həsənli