"Sabah" "Slaviya"nı məğlub edərək ÇL-in ümumi mərhələsində tarixinin ilk qələbəsini qazandı
Azərbaycanın "Sabah" klubu futbol üzrə Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda doğma meydanda Çexiyanın "Slaviya" komandası ilə qarşılaşıb.
Oxuməni.az xəbər verir ki, "Sabah" 2:0 hesablı qələbə qazanıb!
Oyun Bakıdakı "Olimpiya" stadionunda keçirilib. Görüşün baş hakimi avstriyalı Sebastian Gishamer olub.
49-cu dəqiqədə Azərbaycan təmsilçisinin hücumçusu Kahim Parris qol vurub. 88-ci dəqiqədə isə hücumçu Coy-Lens Mikkelz meydan sahiblərinin üstünlüyünü möhkəmlədib. 17-ci dəqiqədə Parris topu rəqibin qapısına daxil etsə də, VAR-a baxıldıqdan sonra hakim qolu ləğv edib.
Bu qələbə "Sabah" üçün Çempionlar Liqasının əsas mərhələsində, eləcə də Azərbaycan klublarının Çexiya təmsilçiləri ilə oyunlar tarixində ilk qələbə olub.
Oktyabrın 20-də keçiriləcək üçüncü turda "Sabah" yenə evdə oynayacaq — bu dəfə rəqib Almaniyanın "Borussiya" (Dortmund) klubu olacaq.
Xatırladaq ki, "bayquşlar" ÇL-in ümumi mərhələsində əvvəlcə İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşıblar (0:4). Qarşıda onları Almaniya "Borussiya"sı (20 oktyabr), Norveç "Vikinq"i (4 noyabr), İspaniya "Barselona"sı (25 noyabr), İspaniya "Vilyarreal"ı (8 dekabr), İtaliya "Napoli"si (20 yanvar) və İngiltərə "Arsenal"ı (27 yanvar) ilə matçlar gözləyir. Hazırda "Sabah" ümumi cədvəldə 3 xalla 17-ci yerdə qərarlaşıb.
Çərşənbə axşamı, oktyabrın 13-də UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin 2-ci turunun daha səkkiz matçı keçirilib.
Çempionlar Liqasının 2-ci turunun oyunlarının nəticələri, ümumi mərhələ, 13 oktyabr:
"Lans" — "Sportinq" — 0:2;
"Vikinq" — "Bavariya" — 3:3;
"Atletiko" — "Mançester Yunayted" — 2:0;
"Vilyarreal" — "Napoli" — 3:1;
"Qalatasaray" — "Barselona" — 1:4;
"RB Leyptsiq" — PSV — 1:0;
"İnter" — "Brügge" — 3:4;
"Arsenal" — "Lill" — 3:0.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın "Paris Sen-Jermen" klubudur. 2025/2026 mövsümünün finalında Paris klubu London "Arsenal"ını məğlub edib — 1:1 (penaltilər üzrə 4:3). Turnirin cari mövsümünün finalı 2027-ci il iyunun 5-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.
Almaz Həsənli








.jpg)


















.jpg)







.jpg)







































.jpg)














