"Bavariya"  Norveçdə "Vikinq"lə oyunda şok yaşadı,  "Brügge" "İnter"i məğlub etdi

"Bavariya" Norveçdə "Vikinq"lə oyunda şok yaşadı, "Brügge" "İnter"i məğlub etdi

10:10
Bəyəndim (2) Bəyənmədim (0)


Çərşənbə axşamı UEFA Çempionlar Liqasında doqquz oyun oynanıldı. Bu oyunlarda gözlənilməz nəticələr qeydə alınıb. Belə ki, "Bavariya" Norveçdə "Vikinq"lə oyunda xal itirdi. "İnter" öz azarkeşləri qarşısında "Brügge"yə məğlub olub, "Arsenal" və "Barselona" inandırıcı qələbələr qazandılar
Londonun "Arsenal" komandası evdə Fransanın "Lill" komandasını 3-0 hesabı ilə məğlub etdi. Qolsuz ilk hissədən sonra ev sahibləri 64-cü dəqiqədə Urien Timberin qolu sayəsində hesabı açdılar. Daha sonra Ebereçi Eze londonluların üstünlüyünü ikiqat artırdı və Bukayo Saka ücüncü qolu fransızların qapısından keçirərk komandasına 3-0 hesabı ilə qələbə qazandırıb.

"Barselona" səfərdə Türkiyənin Qalatasaray komandası üzərində qələbə qazandı - 4-1. Katalonlar ilk qolu buraxdılar, lakin oyunun gedişatını dəyişdirməyi və qarşılığında dörd qol vurmağı bacardılar.
Axşamın ən çox qol vurulan qarşılaşmalarından biri "İnter" Milan və Belçikanın "Brügge" komandaları arasındakı matç oldu. Qonaqlar 4-3 hesabı ilə qalib gəldilər. Norveçdəki matç da dramatik idi, burada "Viking" "Bavariya" Münhen ilə 3-3 hesabı ilə heç-heçə etdi. Ev sahibləri 2-3 hesabı ilə geridə olsalar da, oyunun sonlarında heç-heçə etdilər.

"Atletiko" Madrid "Mançester Yunayted"i 2-0 hesabı ilə məğlub etdi. Rodriqo Rikelme Barrios ilk dəqiqədə hesabı açdı, Ademola Lukman isə ikinci hissədə ev sahibi komandanın üstünlüyünü möhkəmləndirdi. Leni Yoro meydandan qovulduqdan sonra İngiltərə komandası matçı on nəfərlə başa vurdu.
Oyun gününün digər oyunlarında Portuqaliya "Sporting"i səfərdə Fransa "Lans"ını 2-0, Azərbaycan "Sabah"ı Praqa "Slaviya"sını 2-0, "RB Leypsiq"i Niderland PSV-sini minimal hesabla "1-0" və"Vilyarreal" (İspaniya) – "Napoli"ni (İtaliya) - 3-1 hesabı ilə məğlub etdi.
Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun oyunları 14 oktyabr çərşənbə günü davam edəcək. Ən maraqlı oyunlar arasında Roma ilə Real Madrid, Mançester Siti ilə Paris Sen-Jermen, eləcə də Şaxtyor Donetsk ilə Yunanıstanın AEK komandaları arasındakı oyunlar var.

Əziz MUSTAFA