Ronaldu “Neftçi” ilə oyunda karyerasının 981-ci qolunu vurub
“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 981-ci qolunu vurub. O, Asiya Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Özbəkistanın “Neftçi” komandası ilə oyunda komandasının üstünlüyünü ikiqat artırıb.
Oxuməni. az xəbər verir ki, qərb regionu üzrə keçirilən qarşılaşma Ər-Riyadda baş tutub və 3:1 hesabı ilə başa çatıb. Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində Qabriel və Kriştianu Ronaldu fərqlənib. Özbəkistan komandasının cinah oyunçusu Ənvər Qafurov isə avtoqol müəllifi olub. “Neftçi”nin yeganə qolunu Əlişir Odilov vurub.
41 yaşlı portuqaliyalı futbolçu matçın 42-ci dəqiqəsində Ayman Yəhyanın ötürməsindən sonra fərqlənib.
Çempionlar Liqasında iki turdan sonra “Əl-Nəsr” və “Neftçi” komandalarının hər birinin üç xalı var. Növbəti turda “Əl-Nəsr” oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” klubunu qəbul edəcək. Həmin gün “Neftçi” isə digər Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”la qarşılaşacaq.
Ronaldu Portuqaliya millisinin heyətində 146, klub səviyyəsində isə 835 qol vurub. O, daha əvvəl “Mançester Yunayted”, “Yuventus”, “Real Madrid” və “Sportinq” klublarında çıxış edib.
Almaz Həsənli




.jpg)












































.jpg)






















.jpg)




















