Messiyə Buenos-Ayres Universitetinin fəxri doktoru adı verilib

Messiyə Buenos-Ayres Universitetinin fəxri doktoru adı verilib

16:16
Bəyəndim (1) Bəyənmədim (0)

Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi Buenos-Ayres Universitetinin fəxri doktoru adına layiq görülüb. Oxuməni. az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

«Əfsanə, səni təbrik edirik!» – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, fəxri doktor adı universitet və ya akademiya tərəfindən elm, mədəniyyət, cəmiyyət və ya bəşəriyyət qarşısında xüsusi xidmətlərinə görə verilir. Bu adın alınması üçün dissertasiya müdafiəsi və adi akademik prosedurlardan keçmək tələb olunmur.

Oktyabrın 7-nə keçən gecə 39 yaşlı hücumçu Argentina millisinin heyətində vida matçına çıxacaq. «Albisaleste» Benin yığması ilə qarşılaşacaq.

Almaz Həsənli