Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Oxuməni.az xəbər verir ki, mundialın üçüncü günündə üç Azərbaycan təmsilçisi tatami üzərinə çıxıb.
Rəşid Məmmədəliyev (73 kq) doğma meydanda keçirilən dünya çempionatında Azərbaycana ikinci medalı qazandırıb.
Bürünc medal uğrunda görüşdə o, braziliyalı Daniel Karninə qalib gəlib. Rəqib "qızıl xal" (golden score) zamanı üçüncü xəbərdarlığı – "şido"nu alaraq məğlub olub.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız – Hidayət Heydərov (73 kq) və Xədicə Qadaşova (57 kq) müvafiq olaraq 1/8 və 1/32 final mərhələlərində rəqiblərinə uduzaraq mundialda mübarizəni dayandırıblar.
Hazırda komandamızın aktivində iki medal (1-0-1) var: Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir və oktyabrın 11-də başa çatacaq.
Almaz Həsənli















.jpg)












































.jpg-2.jpg)


















.jpg)










