Futbol üzrə UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 6 oktyabr üçün oyun cədvəli
Bu gün, oktyabrın 6-da UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün oyunları davam edəcək. Oxuməni.az sizə oyun gününün cədvəli ilə tanış olmağı təklif edir.
6 oktyabr üçün Millətlər Liqasının oyun cədvəli (Bakı vaxtı ilə):
Liqa A:
22:45. Xorvatiya – İspaniya;
22:45. İngiltərə – Çexiya.
Liqa B:
22:45. İsveçrə – Şimali Makedoniya;
22:45. Şotlandiya – Sloveniya.
Liqa C:
18:00. Qazaxıstan – Farer adaları;
22:45. Moldova – Slovakiya;
22:45. Belarus – Finlandiya;
22:45. Lüksemburq – Bolqarıstan;
22:45. Albaniya – San-Marino;
22:45. Estoniya – İslandiya.
Xatırladaq ki, dünən UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün 4-cü turu çərçivəsində İtaliya və Türkiyə yığmaları arasında oyun keçirilib. Görüş İtaliyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 26-cı dəqiqəsində Canluka Skamakka hesabı açaraq İtaliya millisini önə keçirib. 61-ci dəqiqədə Aral Şimşir cavab qolunu vurub. 65-ci dəqiqədə Rikkardo Kalafiori italyanların ikinci qoluna imza atıb. Françesko Espozito isə 87-ci dəqiqədə hesab arasındakı fərqi artırıb.
Bu oyundan sonra İtaliya millisi 7 xalla Liqa A-nın 1-ci qrupunda ikinci pillədə qərarlaşıb, Türkiyə isə xalsız olaraq turnir cədvəlini qapayır.
Növbəti turda noyabrın 12-də Türkiyə evdə Belçika ilə qarşılaşacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Fransa millisi 4:1 hesablı Belçika milli komandasını məğlub edib.
Millətlər Liqasının hazırkı qalibi Portuqaliya yığmasıdır. Ötən mövsümün finalında Portuqaliya millisi İspaniyanı məğlub edib — 2:2 (penaltilərlə 5:3).
Almaz Həsənli





































.jpg-2.jpg)


















.jpg)

































