Azərbaycan  sönük oyunla Litvaya minimal hesabla qalib gəlib

Azərbaycan sönük oyunla Litvaya minimal hesabla qalib gəlib

19:25
Bəyəndim (1) Bəyənmədim (0)


UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Litva arasında oyun keçirilib.

Bakıdakı Palm Sport Arenasında baş tutan oyun bir o qədər gərginliyi ilə yadda qalmayıb. Bununla belə oyunda belə demək mümkünsə "xoşbəxtlik"komandamızın tərəfində olub

Oyunun 25-ci dəqiqəsində Azərbaycan millisinin yarımmüdafiəçisi Abdulla Xaybullayev komandamızın hücumunu uğurla başa çatdıraraq sərrast zərbə ilə hesabı açıb: 1-0.

Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə bir neçə epizodda qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da komandamazın qapıçısı Balayev qapımızın toxunulmazlığını qoruyub saxlaya bilib. Oyun 1-0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Beləliklə üç oyundan beş xal toplayan Azərbaycan yığması liderliyə yüksəlib. Komandamız qrupda liderliyini qoruyub saxlamaq üçün 13 noyabrda səfərdə hökmən Lixtenşteynə qalib gəlməlidir.

Əziz MUSTAFA