“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu-Video

“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu-Video

10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün “Turan Tovuz” Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq matçında üz-üzə gəlib.

Qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyiblər.

Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

3 oktyabr

20:00. “Turan Tovuz” (Azərbaycan) - “Fənərbaxça” (Türkiyə) - 0:2

Qol: Kante, 60, Çağrı Balta, 74

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Oxuməni.az