İnfantino “Mançester Siti” və PSJ-yə yardım etməkdə ittiham olunub
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino “Mançester Siti” və PSJ-yə yardım etməkdə ittiham olunub. Oxuməni.az xəbər verir ki, bu barədə Football Leaks məlumat yayıb.
Portalın müəllifi Rui Pintu bildirib ki, 2014-cü ildə İnfantino UEFA-da çalışdığı dövrdə hər iki klubun maliyyə pozuntularına göz yumub və bununla da onların araşdırmadan yayınmasına və Çempionlar Liqasının iştirakçıları sırasında qalmasına kömək edib.
“İnfantino məxfi sənədləri ötürüb və istintaq palatasını çaşdırıb ki, həm “Mançester Siti”, həm də PSJ yalnız cərimə ilə yaxasını qurtarsın və Çempionlar Liqasından kənarlaşdırılmasına səbəb ola biləcək daha geniş araşdırmadan yayınsın”, – deyə Pintu yazıb.
“Onun UEFA-nın baş katibi və daha yaxın zamanda FİFA prezidenti vəzifəsindəki fəaliyyətini nəzərə alaraq, yalnız bunu deyə bilərəm ki, Canni İnfantino futbolda xərçəng şişinə çevrilib və gələcəkdə bu oyunda ona yer olmamalıdır”, – deyə Pintu sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir və yeni dördillik müddətə namizədliyini irəli sürməyi planlaşdırır. FİFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Almaz Həsənli




























































































