UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Lixtenşteyni qəbul edir

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Lixtenşteyni qəbul edir

10:16
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın futbol üzrə milli komandası Millətlər Liqasının D2 qrupunda ikinci oyununa çıxacaq.

Oxuməni. az-ın məlumatına görə, Ayxan Abbasovun yetirmələri doğma meydanda Lixtenşteyn yığmasını qəbul edəcək.

Matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Görüşün baş hakimi avstriyalı Kristian-Petru Çokirka olacaq.

Azərbaycan millisi aktivində bir xalla qrupda ikinci pillədə qərarlaşıb. 3 xalla Litva komandası liderdir. Xalı olmayan Lixtenşteyn isə sonuncu yerdədir.

Xatırladaq ki, "millimiz" bundan əvvəl səfərdə Litva ilə heç-heçə edib (1:1). Komandanı qarşıda Litva (evdə – 4 oktyabr) və Lixtenşteynlə (səfərdə – 13 noyabr) oyunlar gözləyir.

Almaz Həsənli