İngiltərə, İsveçrə və Albaniya Millətlər Liqasının ikinci turunda qələbə qazanıblar
Çərşənbə axşamı, 29 sentyabr tarixində UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu oynanıldı. Oxuməni.az xəbər verir ki, günün ən yaddaqalan hadisəsi İngiltərənin Çexiya üzərində qələbəsi oldu.
A Liqası
Çexiya - İngiltərə - 0:2
Bu iki komanda arasında meydanda ilk dəqiqələrdən gərgin mübarizə getdi. Bununla belə oyunun 25-ci dəqiqəsində kobud oyuna görə, Pavel Şults qırmızı vərəqə alandan sonra ingilislər meydanda üstünlüyü tam şəkildə ələ aldılar. Azlıqda qalmasına baxmayaraq Çexiya birinci hissədə qapısının toxunulmazlığını qoruyub saxlaya bildi. Bununla belə İngiltərə fasilədən sonra say üstünlüyündən istifadə etdi: Entoni Qordon 47-ci dəqiqədə hesabı açdı, Harri Keyn isə 69-cu dəqiqədə hesabı 0-2 etdi. Tomas Tuxelin komandası ilk turda İspaniyaya 3-2 hesabı ilə məğlub olduqdan sonra ilk üç xalını qazandı.
B Liqası
Şotlandiya - İsveçrə - 0-3
İsveçrəlilər rəqib meydanınd Şotlandiya üzərində inamlı qələbə qazandılar. Rikardo Rodrigez 12-ci dəqiqədə hesabı açdı. Kobud oyuna görə, Cek Hendri meydandan qovulduqdan sonra ev sahibləri 10 nəfərlə azlıqda qaldılar. İkinci hissədə Niko Elvedi və Zeki Amduni qonaqların üstünlüyünü üç qola çatdırdılar.
Sloveniya - Şimali Makedoniya - 2-0
Sloveniya öz meydanında Şimali Makedoniyanı qəbul etdi. Meydanda daha üstün oyun nümayiş etdirın Sloveniya komandası istəyinə ikinci hissəsdə çatdı. Meydan sahiblərinin oyunçusu Sandi Lovriç 55-ci dəqiqədə hesabı açdı. 82-ci dəqiqədə Alyoşa Matko ikinci topu qonaqların qapısından keçirərək Sloveniyanln qələbəsini təmin etdi.
C Liqası
Finlandiya - Belarus - 0:0
Finlandiya San Marino üzərində 7-0 hesablı qələbənin davamını ikinci turda gətirə bilmədi. Öz meydanında Belarusu qəbul edən Finlandiya yığmasının aramsız hücumlarına baxmayaraq Belarus öz qapısının toxunulmazlığını qoruyub saxlaya bildi və oyun 0-0 hesabı ilə başa çatdı.
Moldova - Farer adaları - 1:1
İki bərabər səviyyəli komandanın oyununda hər qapıya bir qol vuruldu. Oyun 1-1 hesabı ilə başa çatdı. Farer adaları bununla da iki oyundan sonra turnirdə ikinci xalını qazandılar.
Slovakiya - Qazaxıstan - 2:1
Slovakiya bu turda öz meydanında Qazaxıstan yığmasını qəbul etdi və ardıcıl ikinci qələbəsini qazandı. Meydan sahiblərinin oyunçusu Leo Sauer 26-cı dəqiqədə hesabı açaraq komandasını 1-0 hesabı ilə irəli çıxardı. Qazaxıstan yığmasının cavabı 35-ci dəqiqədə gəldi. Ramazan Kərimov 35-ci dəqiqədə dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. Bununla belə David Gancko 82-ci dəqiqədə künc zərbəsindən başla qapıya zərbə endirərək yenidən komandasını hesabda irəli çıxardı: 2-1.
Lüksemburq - İslandiya - 0:3
Öz meydanında Lüksemburqu qəbul edən İslandiya asanlıqla rəqibi üzərində qələbə çalıb. Qolları qonaqların qapısından Andri Qudjonsen, Orri Oskarsson və Viktor Palsson keçirdilər.
San Marino - Albaniya - 0:3
Ev sahibi San Marino öz meydanında Albaniyaya böyük hesabla məğlub olub. Qolları meydan sahiblərinin qapısından Albaniya yığmasının oyunçuları Anis Mehmeti, Mirto Uzuni və Rey Manaj keçiriblər..
Bolqarıstan - Estoniya - 0:0
Bolqarıstan öz meydanında Estoniyanı qəbul edib. Meydan sahiblərinin aramsız hücumlarına baxmayaraq Estoniya hesabın açılmasına imkan verməyib və oyun qolsuz başa çatdı.
Xatırladaq ki, bu turda İspaniya Xorvatiyaya 4:1 hesabı ilə qalib gəlib.
Əziz MUSTAFA





















































.jpg)






































