Azərbaycan Millətlər Liqasının 2-ci turunda Litva ilə heç-heçə edib

Azərbaycan Millətlər Liqasının 2-ci turunda Litva ilə heç-heçə edib

10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın futbol üzrə milli komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümünün ikinci turu çərçivəsində Litva ilə heç-heçə oynayıb.

Oxuməni.az xəbər verir ki, komandalar Litvanın Kaunas şəhərindəki S.Daryus və S.Girenas stadionunda qarşılaşıblar. Matçı FIFA referisi, kiprli Menelaos Antoniu idarə edib.

Görüşdə qalib müəyyənləşməyib. Yekun hesab — 1:1.

Litva matçın əvvəlində penalti hüququ qazanıb. Emil Səfərov öz cərimə meydançasında Kuçisə qarşı qaydanı pozub. Epizodu yoxladıqdan sonra hakim ilkin qərarını təsdiqləyib. Kuçis 10-cu dəqiqədə topu tirin altından keçirərək hesabı açıb.

Lakin meydan sahiblərinin üstünlüyü uzun sürməyib. Altı dəqiqə sonra Emreli rəqibin cərimə meydançasında topa yiyələnib. Hücumçu müdafiəçini arxada qoyaraq aşağı küncə zərbə endirib. Qapıçı topu ayaqlarının arasından buraxıb — 1:1.

Millətlər Liqasının D Liqası, 2-ci qrupun üçüncü komandası Lixtenşteyndir. 1-ci turda Litva səfərdə Lixtenşteynə qalib gəlib (2:0). Azərbaycan millisi bu komanda ilə 3-cü tur çərçivəsində qarşılaşacaq. Görüş oktyabrın 1-nə, cümə axşamına planlaşdırılıb.

Almaz Həsənli