İspaniyanın "Uembli" də İngiltərə üzərində qələbə çalması ingilisləri çoka salıb
Şənbə günü UEFA Millətlər Liqasının üç divizionunda 10 oyun oynanılıb.
Millətlər Liqasının elit divizionunda dünya futbolunun ağır çəkililəri İngiltərə və İspaniya məşhur "Uembli" stadionunda üz-üzə gəliblər. 90.000 tamaşaçının izlədiyi oyunda hesabı ikinci dəqiqədə Lamin Yamal açaraq meydan sahiblərini və ingilis azarkeşləri şoka salıb. İngiltərə yığması buraxılan qollardan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldı. Oyunun 36-cı dəqiqəsində Qordan topu İspaniyanın qapısından keçirərək hesabı bərabərləşdirməyə nail oldu: 1-1.
Vurulan qoldan sonra daha da ruhlanan meydan sahibləri birinci hissənin 40-cı dəqiqəsində Keynin vurduğu qolla hesabda önə çıxdılar: 2-1.
İkinci hissə də gərgin mübarizə şəraitində keçdi. Oyunun 54-cü dəqiqəsində Bellinqemin kobud oyununa görə italiyalı hakim Davide Massi qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Keynin zərbəsindən sonra top qapı dirəyini silkələyərək qonaqları labüd qoldan xilas etdi.
Bundan sonra özlərinə gələn ispanlar oyunda tarazlığı bərpa etməyə nail oldular. 55-ci dəqiqədə Niko Uilyamsın əvəzinə meydana daxil olan Aleks Baena bundan 5 dəqiqə sonra İspaniyanın ikinci qolunu vuraraq hesabı bərabərləşdirdi: 2-2.
Oyunun 74-cü dəqiqəsində isə Oyarsyabl əla zərbə ilə üçüncü topu meydan sahiblərinin qapısından keçirərək komandasını hesabda irəli çıxardı: 3-2.
Bundan sonra ingilislərin bütün cəhdlərinə baxmayaraq hesaba tarazlıq gətirmək mümkün olmadı. Beləliklə İspaniya "Uembli"də keçirilən gərgin oyunda İngiltərəyə 3-2 hesabı ilə qalib gələrək ingilis azarkeşlərini şoka saldı.
İngiltərə – İspaniya 2:3
Qollar: Entoni Qordon, 36, Harri Keyn, 40 – Lamin Yamal, 2, Aleks Baena, 60, Mikel Oyarzabal, 74
Diviziondakı digər bir matçda Xorvatiya səfərdə Çexiyanı məğlub etdi. Bu, Slaven Biliçin ölkəsinin əsas komandasının məşqçi sükanı arxasına qayıtdıqdan sonra "damalılar"ın rəhbərliyi altında ilk rəsmi oyunu idi. Oyunda birinci hissədə qapılara qol vurulmadı.
İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə 41 yaşlı xorvatiyalı Modriç hesabı açdı. Çexlər 54-cü dəqiqədə Dam Karabecin qolu sayəsində hesabı bərabərləşdirdilər. Oyunun 74-cü dəqiqəsində İvan Perişiçin ötürməsindən sonra Marko Paşaliç ikinci topu Çexiyanın qapısından keçirərək komandasını 2-1 hesabı ilə önə keçirdi. Oyun bu hesabla da başa çatdı.
Çexiya - Xorvatiya – 1:2
Qollar: Karabec, 54 – Modriç, 47; Paşalić, 77.
B Liqası
Millətlər Liqasının dünən keçirilən oyununda Sloveniya və Şotlandiya üz-üzə gəldilər. Oyun qolsuz heç-heçə ilə başa çatdı.
Sloveniya - Şotlandiya – 0:0
İsveçrə Şimali Makedoniyada meydan sahiblərinin qapısında 3 cavabsəz top keçirərək səfərdən qələbə ilə qayıtmağı bacardı.
Şimali Makedoniya - İsveçrə – 0-3
Qollar: Freuler, 22; Amdouni, 41, 74.
C Liqası
C Divizionunda Qazaxıstan Farer adaları ilə 1-1 hesabı ilə heç-heçə oynadı.
Farer adaları – Qazaxıstan – 1:1
Qollar: Samuelsson, 14 – Erlanov, 26.
Finlandiya isə San Marino üzərində 7:0 hesablı ilə qələbə çaldı.
San Marino – Finlandiya – 0:7
Qollar: Pohjanpalo, 5, 79, 88; Svanbæk, 14; Kallman, 33; Valto, 50, 55
Bolqarıstan isə öz meydanında gözlənilmədən Lüksemburqa məğlub oldu: 1-2.
Qollar: Çandarov, 18; Barreiro, 37; V. Qədər, 65.
İslandiya isə öz meydanında Estoniya ilə heç-heçə oynadı.
İslandiya – Estoniya – 1:1
Qollar: A. Qudyonsen, 45 – Paskoci, 64.
Albaniya öz meydanında Belarus üzərində 2:0 hesabı ilə qələbə qazandı.
Qollar: penalti, Asllani, 34; Muçi, 45+2.
Slovakiya Moldova üzərində qələbəni bayram etdi: 2:0.
Qollar: Şranz, 32; Duda, 40.
Əziz MUSTAFA
























































































