Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Corc Rassell olub

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Corc Rassell olub

17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikamızın paytaxtı Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Corc Rassell olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, “Mercedes”in britaniyalı pilotu Corc Rassell yarışboyu rəqiblərindən irəlidə olub və nəticədə finişə hamıdan əvvəl çatıb. Bununla da Rassell Bakıda ilk çempionluğunu qazanıb və qalib kimi adını bu yarışın tarixinə yazdırıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü olub.

Yeri gəlmişkən deyək ki, Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında hər birində iki pilot olmaqla 11 komanda iştirak edib.

Yarış başa çatandan sonra Formula 1 Azərbaycan Qran-Prisində ilk üç yeri tutan pilotların mükafatlandırılması mərasimi keçirilib.

“Mercedes”in britaniyalı pilotu Corc Rassell qalib kimi fəxri kürsünün ona layiq olan hissəsində yerini alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.

Fəxri kürsünün ilk üç pilləsini tutanlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem təqdim ediblər.

Emin Axundov