Formula 2 Azərbaycan Qran-Prisinin qalibi  Invicta komandasından Rafael Kamara olub

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Invicta komandasından Rafael Kamara olub

14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 2 Azərbaycan Qran-Prisinin qalibinə aydınlıq gətirilib. Qələbəni Invicta-nın pilotu Rafael Kamara qazanıb. Campos komandasından Nikola Tsolov ikinci, Rodin komandasından Aleks Dann isə üçüncü yeri tutub.

Ötən gün Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışında “Dams Lukas Oil” komandasının pilotu Dino Beqanoviç, əsas yarışda isə “Rodin”in təmsilçisi Aleks Dann finiş xəttini hamıdan öndə keçib.

Qaliblərin mükafatlandırılma mərasimi Formula 2 Azərbaycan Qran Prisinin ikinci əsas yarışından sonra baş tutub.

Formula 1-in əsas yarışı bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Emin Axundov