Maks Verstappen üçüncü sərbəst məşq sessiyasında ən yaxşı nəticəni göstərib
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü sərbəst məşq sessiyası olduqca maraqlı mübarizə şəraitində keçib.
Oxuməni.az xəbər verir ki, pilotların hər biri məşq zamanı öz məharətlərini göstərməyə çalışıblar. Məşqin nəticələri də maraqlı olub. Pilotlar arasında keçirilən məşq yarışında Red Bull pilotu Maks Verstappen üçüncü sərbəst məşq sessiyasında ən yaxşı nəticəni göstərib. O digər piloyları özündən geridə qoyaraq birinci yeri tutmağa nail olub. Mercedes pilotu Corc Rassel ikinci, Ferrari pilotu Luis Hamilton isə üçüncü yeri tutub.
Bu gün saat 16:00-da Sıralama sessiyası keçiriləcək.
Emin Axundov
Digər xəbərlər


























































































