Sübhan Məmmədov boks üzrə Avropa çempionu oldu
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı keçirilir.
50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Məmmədov Sofiyada Avropa çempionu tituluna yiyələnib. Oxuməni az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Dünya və Avropa çempionu (U-23) finalda rusiyalı Bair Batlayevə 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gəlib.
Sübhan Məmmədov böyüklər arasında Avropa çempionatında qızıl medal qazanan yeddinci azərbaycanlı boksçu olub. Daha əvvəl Rövşən Hüseynov (1993), Salman Əlizadə və Teymur Məmmədov (2011), Məhəmmədrəsul Məcidov (2013), Yelena Vıstropova (2014 və 2016) və Alfonso Dominqes (2019) qitə çempionu adını qazanıblar.
Legionerləri nəzərə almasaq, Məmmədov Avropa çempionu tituluna yiyələnən dördüncü azərbaycanlı olub.
Daha əvvəl Səidjamşid Cəfərov (75 kq) da finala vəsiqə qazanıb. Dünya çempionatının mükafatçısı yarımfinalda ingiltərəli Kalum Meykinə 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Bu gün S.Cəfərov həlledici döyüşdə İsmayıl Musolqovla (Rusiya) qarşılaşacaq. Çempionatın son günü olan sentyabrın 25-də S.Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.
Azərbaycanın digər təmsilçisi Amin Məmmədzadə (55 kq) Avropa birinciliyini bürünc medalla başa vurub. Bir gün əvvəl Məhəmməd Abdullayev (+90 kq) də bürünc medal qazanıb.
Avropa çempionatı sentyabrın 25-də başa çatacaq.
Almaz Həsənli


























































































