Ronaldo milli komandaya çağırılmasının səbəbini açıqlayıb
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin heyətinə niyə çağırıldığını açıqlayıb. O, klubuna fayda verdiyi üçün milli komandaya dəvət aldığını bildirib. Oxuməni. az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.
“Düşünürəm ki, milli komandaya düşmüşəm, çünki klubuma fayda verirəm. Məşqçiyə nə lazım olursa-olsun, mən həmişə kömək etməyə hazıram: oynamağa, meydana sonradan çıxmağa və ya ümumiyyətlə oynamamağa”, - Ronaldo deyib.
Portuqaliya sentyabrın 24-də Uelslə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu oyun Portuqaliya və Uels üçün Millətlər Liqasındakı ilk qarşılaşma olacaq.
Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Çempionlar Liqasında beş qələbəsi, iki Millətlər Liqası çempionluğu, Avropa çempionluğu və beş “Qızıl top” mükafatı olan Ronaldo oyundan əvvəl bu mundialın onun üçün sonuncu olacağını açıqlamışdı. Nəticədə hücumçu dünya çempionu ola bilməyib.
Ronaldo milli komandada vurulan qolların və keçirilən oyunların sayına görə dünya rekordçusu olaraq qalır. Onun hesabında 233 rəsmi oyunda 146 qol var. Portuqaliyanın dünya çempionatlarında ən yaxşı nəticəsi 2006-cı ildə əldə etdiyi dördüncü yerdir. Ronaldo həmin vaxt da milli komandanın heyətində çıxış edirdi.
Almaz Həsənli


























































































