2027-ci ildə “Formula-1” yarışlarının məsafəsi 15 km qısaldılacaq
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Formula-1” üzrə komissiyası 2027-ci il mövsümündə yarışların məsafəsinin 305 kilometrdən 290 kilometrə qədər azaldılması barədə qərar qəbul edib. Oxuməni.az xəbər verir ki, bu barədə FIA-nın mətbuat xidməti məlumat yayıb.
Bu tədbir nəticəsində trasdan asılı olaraq dövrələrin sayı iki-üç dövrə azalacaq.
Dəyişiklik güc qurğularının texniki reqlamentinə edilən düzəlişlərlə bağlıdır. Daxiliyanma mühərrikinin mövcud gücünü artırmaq üçün yanacaq sərfiyyatı yüksəldilib. Bu isə daxiliyanma mühərrikinin gücü ilə elektrik komponentinin gücü arasındakı nisbətin dəyişməsinə səbəb olacaq.
Yarışların faktiki müddətinin iki saatla məhdudlaşdırılması qüvvədə qalacaq.
Həmçinin razılaşdırılıb ki, sərbəst məşqlər yarımçıq dayandırıldığı halda onların müddətinin uzadılması üçün daha geniş imkan yaradılacaq.
Xatırladaq ki, çempionatın növbəti mərhələsi sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.
Almaz Həsənli






























































































