UEFA Avropa Liqasının ümumi mərhələsinin I turunun nəticələri
UEFA Avropa Liqasının 2026/27 mövsümünün ümumi mərhələsində 1turun son oyunları keçirilib.
Oxuməni.az-ın məlumatına görə, turun ikinci oyun günündə daha doqquz qarşılaşma keçirilib. Azərbaycan azərkeşlərini daha çox maraqlandıran oyun İstanbuldakı Tüpraş stadionunda baş tutub. Burada "Beşiktaş" klubu Fransanın "Marsel" komandasını 4-1 hesabla darmadağın edib.
15-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi İlhan Fakili hesabı açıb. 30-cu dəqiqədə fransız hücumçu Kilian Abdallah hesabı bərabərləşdirib. 56-cı dəqiqədə "Beşiktaş"ın cinah oyunçusu Vatslav Çernı komandasını yenidən hesabda irəli çıxarıb. 59-cu dəqiqədə müdafiəçi Amir Murillo "Beşiktaş"ın üçüncü qolunu vurub. 81-ci dəqiqədə hollandiyalı Ernest Poku hesabı daha da artırıb.
"Beşiktaş" Avropa Liqasının ikinci turunda "Hoffenhaym"la səfərdə oynayacaq. Oyun 15 oktyabr Cümə axşamı günü keçiriləcək.
UEFA Avropa Liqası
17 sentyabr
Ümumi mərhələnin I turunun son oyunlarının nəticələri:
OFİ (Yunanıstan) – Hoffenhaym (Almaniya) -2:0
Levski (Bolqarıstan) – Red Bull Zalsburq (Avstriya) -0:1
Kristal Pelas (İngiltərə) – Lex P (Polşa) -4:0
Lillestrem (Norveç) – Torrinse (Portuqaliya) -1:2
Viktoriya Plzen (Çexiya) – Yunion (Belçika) -0:3
Yuventus (İtaliya) – NEC Neymegen (Niderland) -5:0
Seltik (Şotlandiya) – Ferensvaroş (Macarıstan) -1:3
Beşiktaş (Türkiyə) – Marsel (Fransa) -4:1
Real Sosyedad (İspaniya) – Bornmut (İngiltərə) -1:2
Növbəti,ikinci turun oyunları 15 oktyabr tarixində keçiriləcək.
UEFA Avropa Liqasının ümumi mərhələsi 16 sentyabr 2026-cı ildən 28 yanvar 2027-ci ilədək keçiriləcək.
Turnirin hazırkı qalibi "Aston Villa"dır. Ötən mövsümün finalında İngiltərə təmsilçisi "Frayburq"u 3:0 hesabı ilə məğlub edib.
Almaz Həsənli




























































































